3 C
Baku
Saturday, December 14, 2024

Ukrayna Baş naziri: “Orduya dəstək üçün büdcədən ildə 55 milyard dollar ayrılır”

“Silahlı qüvvələrə dəstək və müharibə ölkəyə ildə təxminən 55 milyard dollara başa gəlir”.

Bunu Ukraynanın Baş naziri Denis Şmıxal bildirib.

Baş nazirin sözlərinə görə, bu, sülh dövrünün büdcəsinin gəlir hissəsinə bərabərdir. Hərbi münaqişə başlayana qədər büdcə gəlirləri 1,3 trilyon qrivna (30 mlrd.dollara yaxın) təşkil edib.

Ukrayna səfirlərinin konfransında çıxış edən baş nazir 2022-ci ildə ölkənin ÜDM-nin 29,5% azaldığını deyib. Eyni zamanda, 2023-cü ildə hakimiyyət iqtisadiyyatda “hətta cüzi artım” da gözləyir. 2023-cü ilin birinci yarısında Ukrayna büdcəsinə vergilərdən 600 milyard qrivnadan (18 mlrd. dollar) çox vəsait daxil olub. Aprel ayında Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə xərclərini 14,5 milyard dollar artırıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər
Digər xəbərlər