6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda qatarla yük daşınmasını 5 % artırıb

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 10.6 milyon ton yük daşıyıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

2022-ci ildə isə ölkənin dəmir yolları ilə 18.7 milyon ton yük daşınıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 061 960 manatdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər