İstanbul Planlama Agentliyinin araşdırmasına görə, İstanbulda yaşayış xərcləri 38 min 828 lirə olub.
Bu barədə “Haber Global”a istinadən xəbər verilir.
İstanbulda dörd nəfərlik bir ailənin orta yaşayış dəyəri iyulda 38 min 828 lirə olaraq hesablanıb.
Bununla İstanbulda yaşayış minimumu əvvəlki ayla müqayisədə 3448 lirə artıb.
Agentliyin araşdırmasına görə, İstanbulda yaşayış dəyəri əvvəlki ilin eyni ayına görə 73,24 faiz artıb.
İstanbulda yaşayış minimumu əvvəlki ayla müqayisədə 9,75 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 40,69 faiz artıb.