Yunanıstanın Kos adasında benzinin qiyməti litri 3 avroya çatıb.
Bu barədə Yunanıstanın “pronews.gr” informasiya portalı məlumat yayıb.
Milos adasında AI-95 markalı benzinin qiyməti litri üçün 2,45 avroya, Patmosda 2,37 avroya, Nisirosda 2,36 avroya, Lerosda 2,35 avroya qədər qalxıb. Ölkə üzrə orta qiymət litr üçün 1 863 avro olub.
Nəşrin yazdığına görə, Yunanıstan Avropada benzinin ən yüksək qiymətlərindən birinə sahibdir, bu, əsasən 24 faizlik ƏDV, sosial sığorta vergisi və hökumətin azaltmaqdan imtina etdiyi daha iki vergiyə görədir.