Səudiyyə Ərəbistanı Hərbi Sənaye Şirkəti (SAMI) və Türkiyənin təyyarə istehsalçısı Baykar arasında Krallıqda Bayraktar Akıncı döyüş pilotsuz təyyarələrinin istehsalının lokallaşdırılmasını nəzərdə tutan müqavilə imzalanıb.
Bu barədə Səudiyyə hökuməti məlumat yayıb
“Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin “Baykar” şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək”, – deyə şirkətin açıqlamasında bildirilir.