8 C
Baku
Sunday, November 17, 2024

Putinlə Ərdoğanın görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri və Zəngəzur dəhlizi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq.

Bu barədə “Hürriyət” nəşrinin köşə yazısında bildirilib.

Qeyd edilib ki, liderlər həmçinin “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Qeyd olunub ki, səfərin avqustun sonunda baş tutacağı gözlənilir.

Həm rəsmi Ankara, həm də Moskva görüş olacağını təsdiqləyib.

Görüşün dəqiq yeri və vaxtı isə hələ ki, məlum deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər