14 C
Baku
Sunday, November 24, 2024

Çin COVID-dən sonra ləng dirçəlir, bu, neft bazarını “qorxudur” – Ucuzlaşma

Çərşənbə axşamı günü neft qiymətləri 2%-ə yaxın dəyər itirdi.

Banker.az xəbər verir ki, bunun əsas drayveri isə Çindən gələn zəif idxal əməliyyatları xəbərdir. Belə ki, Çinin idxalı və ixracının iyul ayında gözləniləndən çox azalıb və dünyanın ən böyük neft idxalçısı üçün COVID-dən sonrakı ləng dirçəliş bazarda tələbin zəifləyəcəyi ilə bağlı işarədir.

Londonun ICE qitələrəarası fond birjasında Brentin bir barreli oktyabr fyuçerslərində 1.82 dollar, yaxud 2.13% ucuzlaşmaqla 83.52 dollara düşüb. WTI neftinin sentyabr fyuçersi 2% üzərində ucuzlaşmaqla 80.08 dollara düşüb.

Çinin iyul ayı neft idxalı əvvəlki ayla müqayisədə 18.8% azalaraq yanvar ayından bəri ən aşağı göstəriciyə düşüb, lakin əvvəlki illə müqayisədə yenə də 17% artıb.

Ümumilikdə, Çinin idxalı iyulda 12.4% azalıb, gözlənilən 5% azalmadan çox daha kəskin olub. İqtisadçıların proqnozlaşdırdığı 12.5% azalma ilə müqayisədə ixrac 14.5% azalıb.

Zəif göstəricilərə rəğmən, bəzi analitiklər avqust-oktyabrın əvvəlləri üçün Çinin yanacağa tələbat proqnozuna hələ də nikbin yanaşırlar.

Belə ki, tikinti və istehsal fəaliyyəti üçün pik mövsüm sentyabr ayında başlayır və benzin istehlakı yay səyahət tələbindən faydalanmalıdır. O, əlavə edib ki, oktyabrdan sonra tələbin tədricən azalacağı gözlənilir.

Təchizat tərəfi – Səudiyyə Ərəbistanı keçən həftə könüllü neft hasilatının gündəlik 1 milyon barrel azaldılmasını sentyabr ayı da daxil olmaqla daha bir ay uzadacağını və dünyanın ən böyük neft ixracatçısı tərəfindən daha da azaldılması üçün qapını açıq saxlayacağını deyib.

Rusiya həmçinin sentyabr ayında neft ixracını sutkada 300 min barel azaldacağını bildirib.

Analitiklər düşünür ki, Brent fyuçerslərinin üçün 80 dollar/bareldən yuxarı qalxmasına baxmayaraq, hasilatdakı azaldılmalar sentyabr ayına qədər uzadılması qərarı Ər-Riyadın 80 dollar/barel daha yüksək qiyməti hədəflədiyini göstərir.

İnvestorlar həmçinin ABŞ-ın neft və yanacaq məhsulları inventar məlumatlarını gözləyir. Lakin istənilən halda ABŞ-da açıqlanan bu məlumatlar neft qiymətlərinə əsas təsir edici deyil.

Son xəbərlər
Digər xəbərlər