14 C
Baku
Sunday, November 24, 2024

Rusiya Hindistana neft ixracını 11 dəfə artırıb

2023-cü ilin yanvar-may aylarında Rusiya Hindistana təxminən 37 milyon ton neft tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 dəfə çoxdur. 2022-ci ii ərzində Hindistan 33.4 milyon ton Rusiya nefti idxal edib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Hindistana xammal tədarükünə görə ikinci yerdə beş ayda 21.4 milyon ton neft ixrac edən İraqdır, üçüncü yerdə isə Səudiyyə Ərəbistanıdır (17.5 milyon ton).

Mütəxəssislər Hindistan üçün Rusiya neftinin qiymətinin aşağı düşdüyünü də qeyd edirlər. Belə ki, iyun ayında “Urals” neftinin bir barelinin qiyməti yükdaşıma xərcləri nəzərə alınmaqla cari ilin may ayı ilə müqayisədə 3% azalaraq 68.17 dollara düşüb.

Hindistan Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin onları pozmayacağına, o cümlədən xammalın qiymətinin bir barel üçün 60 dollardan yuxarı həddi keçməyəcəyinə söz verib.

Son xəbərlər
Digər xəbərlər