Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 4 067 min barel artaraq, təxminən 443 838 min barel təşkil edib.
Amerika Neft İnstitutunun (API) proqnozlarına əsasən, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 233 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.