Rusiya və Cənubi Koreya Uqandada atom elektrik stansiyası inşa edəcək

Rusiya və Cənubi Koreya Uqandada atom elektrik stansiyası (AES) inşa edəcək.

Bu barədə Uqanda Prezidenti Yoveri Museveni G-25 “Afrika Qəhvə Zirvəsi”ndəki çıxışında bildirib.

O, Rusiya və Cənubi Koreya tərəfindən 15 min meqavatlıq iki AES-in inşa ediləcəyini diqqətə çatdıraraq layihənin xalqların sosial-iqtisadi inkişafı üçün enerji təhlükəsizliyinin təmini ilə bağlı mübarizə apardıqları kritik bir vaxta təsadüf etdiyini deyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər