9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankın notları ilə bağlı hərrac baş tutmadı: səbəb?

9 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2130024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Banker.az-a bildirilir ki, hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində AMB tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmayıb.

AZ2132024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 9567.00 (9.7%) manat və 9618.8992 (8.49%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 730 000 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9605.5328 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9609.5425 (8.71%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20 mln. manat təşkil etmişdir. Notların ödəmə tarixi 24.01.2024-cü ildir.

 

Son xəbərlər
Digər xəbərlər