Dövlətin ən iri bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) işçilərinin sayı son bir ildə 387 nəfər və ya 13% artıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, ABB-nin 1 iyul 2023-cü il tarixinə olan işçi sayı 3 295 nəfər olub
Bu 2022-ci ilin eyni dövründə 2 908 nəfər, 2023-cü ilin əvvəli isə 3 096 nəfər idi.
ABB bununla ölkədə “Kapital Bank” ASC-dən sonra ikinci ən iri işçi qüvvəsinə malik bankdır.
Bank cari ilin ilk 6 ayı ərzində işçilərinə 71.11 mln. manat əməkhaqqı ödəyib. Bu 2022-ci ilin eyni dövründə 59.68 mln. manat idi.
Qeyd edək ki, bank ilin ilk yarısını 164 mln. manat xalis mənfəət əldə edib.