10 C
Baku
Wednesday, December 11, 2024

Şirkətlər qrupu iş adamı Nuşravan Cəlilovla şərik inşaat bizneslərindəki payını geri çəkir

“Crystal Group Of Companies” ASC-nin törəməsi “AS İnşaat-N” MMC və “Azital İnşaat” MMC-nin nizamnamə kapitalı paylarını geri çəkəcək və bununla həmin şirkətlərin nizamnamə kapitalı azaldılıb..

Banker.az-ın əldə etdiyi məlumata görə, “Crystal Əmlak” QSC-nin “AS İnşaat-N” MMC və “Azital İnşaat” MMC-nin hər birinin nizamnamə kapitalında 50 manat və ya 50% paya malik idi. Bu gün elan verilib ki, “Crystal Əmlak” QSC hər iki şirkətdəki 50%-lik payını geri çəkir.

“AS İnşaat-N” MMC 2010-cu ildə və “Azital İnşaat” MMC isə 2011-ci ildə təsis edilib. Şirkətin digər həmtəsisçisi Nuşravan Cəlilov Qoca oğludur. O, hazırda həm də icra orqanlarına rəhbərlik edir.

Qeyd edək ki, “Crystal Əmlak” QSC şirkətlər qrupu olan “Crystal Group Of Companies” ASC-yə daxildir.

Son xəbərlər
Digər xəbərlər