22 C
Baku
Friday, September 20, 2024

Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilir

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” ASC-nin məlumatında bildirilir.

Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər