Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklar tərəfindən xaricdə pulun nağdlaşdırılması üzrə aylıq limiti açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankının İdarə Heyətinin imzaladığı yeni qərarda bildirilir.
Bildirilir ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.