Azərbaycanın topdansatış ticarət dövriyyəsi 2023-cü ilin ilk yarısında illik müqayisədə 17% artıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinad edir.
2022-ci ilin ilk yarısında ölkədə topdansatış ticarət dövriyyəsi 8 mlrd. 878.2 mln. manat olduğu halda, 2023-cü ilin eyni dövründə 10 mlrd. 414.6 mln. manat olub.
Topdansatış ticarətin 3.5 mlrd. manatı ərzaq, içki və tütün məhsulları olduğu halda, 6 mlrd. 914 mln. manatı qeyri-ərzaq olub.
Xatırladaq ki, pərakəndə ticarət dövriyyəsi isə hesabat dövründə illlik 3% artaraq 26 mlrd. 312.6 mln. manata yüksəlib.
*Topdansatış — malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti.