Azərbaycanda yeni TV lisenziyaları verilib, bəzi lisenziya sahiblərinin adları dəyişdirilib, və yeni müsabiqə elan edilib.
Bu məsələ ölkədə TV radio yayımını tənzimləyən qurum – Audiovizual Şuranın avqustun 11-də keçirilən iclasında müzakirə olunub.
İclasda ilk olaraq, Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin (“ATV Plus” MMC və “AzəriGlobalServis” QSC) müsabiqəyə buraxılması haqqında müvafiq qərar qəbul edilib.
Daha sonra iclasda “Konnekt” QSC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi təsisçisi olduğu televiziya kanallarının adlarının və yayım janrlarının dəyişilməsi ilə bağlı Şuraya edilmiş müraciətlərə baxılıb. “Konnekt” QSC-nin təsisçisi olduğu peyk yayımı həyata keçirməyən platforma yayımçılarının adlarının və yayım janrlarının (film-kino janrlı “CTVHD”, film-kino janrlı “CTVHD1” və film-kino janrlı “CTVHD2”) dəyişilərək müvafiq olaraq film-kino janrlı “CTV Movies”, musiqi-əyləncə janrlı “CTV Music” və uşaq proqramları janrlı “CTV Kids” kimi yenidən rəsmiləşdirilməsi barədə müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin “STREAMHUB AZ” MMC-nin universal platforma operatoru (xidmət adı: “TV24” olmaqla) lisenziyasının verilməsi üçün Şuraya müraciətinə baxılıb və ərizəçiyə müvafiq lisenziyanın verilməsi barədə qəbul olunub.
Eyni zamanda, 2022-ci il dekbarın 26-da “İzone” MMC-dən ona verilən UPO-017 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyasının ləğv olunması barədə Şuraya müraciətinə baxılaraq həmin lisenziyanın ləğv edilməsi barədə müvafiq qərar verilib.