“WhatsApp” “Android”in beta versiyasına birdən çox hesab əlavə etmək funksiyasını gətirir.
Yeni funksiya, həmçinin, müxtəlif hesablar arasında keçidi asanlaşdıracaq.
Söhbətlər və bildirişlər hər bir hesab üçün ayrıca saxlanılacaq. İstifadəçi çıxış etməyi seçənə qədər yeni əlavə edilmiş hesablar cihazda açıq qalacaq. “WhatsApp”ın çoxhesablı funksiyası sayəsində bir telefona iki “WhatsApp” quraşdırmağa ehtiyac qalmayacaq.
Eyni telefonda iki “WhatsApp” hesabından necə istifadə etmək olar?
1) “WhatsApp”ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.
2) Növbəti ekranda yuxarıdakı profil şəklinin yanındakı ox işarəsini seçin.
3) Daha sonra “hesab əlavə et” xanasını seçin
4) “Hesab əlavə et” xanasının üzərinə toxunun.