Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23.6 faiz artıraraq, 43.9 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyul ayında Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 30.8 faiz azalaraq, 4.3 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11.5 milyard dollara bərabər olub.
Bu ilin iyul ayında Türkiyə 1.6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3.9 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20.3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.