Azərbaycana idxal edilən kərə yağı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 7 ayında 5685 dollar ikən, cari ilin ilk 7 ayında 5549 dollar təşkil edib.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 54 milyon 93 min dollar dəyərində 9 749 ton kərə yağı idxal edilib.
Ötən ilin eyni dövründə 68 milyon 401 min dollar dəyərində 12 032 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 21%, miqdarı isə 19% azalıb.
Bildirək ki, 2023-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 15 713. ton kərə yağı istehsal edilib ki, bu, ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 1.1% çoxdur.