9 C
Baku
Friday, December 13, 2024

Vergiödəyicisi hansı halda sadələşdirilmiş vergiödəyicisi hüququnu itirir?

Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslər və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki,  Məcəllənin tələbinə görə, ardıcıl 12 aylıq dövrün istənilən ayında dövriyyəsi 200 min manatadək olan vergiödəyiciləri 2 faiz dərəcə ilə, dövriyyəsi 20 min manatdan artıq olub yalnız ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicidir.

Qeyd olunub ki, bəzi hallarda vergiödəyiciləri bu hüququ itirirlər. Belə ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin aylıq dövriyyəsi 200 min manatı keçdiyi halda sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə ödəməlidir. Vergiödəyicisi sonradan digər bir fəaliyyətlə məşğul olarsa, sadələşdirilmiş vergiödəyicisi olmaq hüququnu itirəcək.

Vergi Məcəlləsinin 221.7-ci maddəsində ikili fəaliyyət yalnız icarə fəaliyyəti olduğu halda fərqləndirilir. Vergiödəyicisi 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiödəyicisi olduğu halda digər bir fəaliyyətlə məşğul olarsa, sadələşdirilmiş vergiödəyicisi olmaq hüququnu itirir.

Son xəbərlər
Digər xəbərlər