12 C
Baku
Wednesday, December 11, 2024

Duzdağa beynəlxalq sertifikat verilə bilər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikanın mühüm səhiyyə turizmi ünvanlarından olan Duzdağ Fizioterapiya Mərkəzinin beynəlxalq EUROHEALTH SPA sertifikatı ilə təmin olunması üçün müraciət ünvanlayıb. Eurogap Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin eksperti bu müraciət əsasında Duzdağda yoxlamalara başlayıb.

Qeyd edək ki, sözügedən institut müraciət edən obyektin təklif etdiyi məhsul və xidmətlərin beynəlxalq standartlara uyğunluğunu yoxlayır. Yoxlamalar nəticəsində çatışmazlıqlar aşkarlanırsa, uyğunsuzluqların aradan qaldırılması tövsiyə olunur. Xidmət və ya məhsul standartlara tam cavab verdiyi halda sertifikatlaşdırılır. “Duzdağ Fizioterapiya Mərkəzi”ndə təşkil olunan araşdırma da bu məqsədə xidmət edir.

Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin eksperti tərəfindən Duzdağ Fizioterapiya Mərkəzində araşdırma bir neçə gün davam edəcək.

Qeyd edək ki, mərkəz tənəffüs yolları, astma və bronxial astma xəstəliklərindən əziyyət çəkənlər üçün effektiv təbii müalicə imkanlarına malikdir. Dünyada unikal səhiyyə turizmi ocaqlarından sayılan Duzdağ mağarasına hər il minlərlə turist müraciət edərək şəfa tapır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər