MDB-nin maliyyə-bank sektorunun nümayəndələri “Minsk işgüzar görüşləri” forumunda toplaşacaqlar

Noyabrın 5-6-da Belarus paytaxtında MDB üzvü olan ölkələrin “Minsk işgüzar görüşləri” adlı beynəlxalq maliyyə-bank forumu keçiriləcək.

Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Belarus Nazirlər Sovetinin, Birliyin İcraiyyə Komitəsinin, VTB bankının və Belarus Banklar Assosiasiyasının dəstəyi ilə təşkil edilən bu tədbir MDB Maliyyə-Bank Şurası və “ASB – Belarusbank” ASC tərəfindən keçirilir.

Forumun işində MDB ölkələrinin hökumət orqanlarının, bank və biznes-strukturların, habelə Avropa və Asiyadan olan beynəlxalq inkişaf təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

MDB İcraiyyə Komitəsinin sədri – icrası katib Sergey Lebedev forumda iştirak edəcək.

Tədbirin işgüzar proqramında MDB ölkələrinin maliyyə bazarlarının inkişafı, maliyyə-bank sahəsində böhranın aradan qaldırılması yollarının axtarışı, ixracın dəstəklənməsinə və Birlik ölkələrinin iqtisadiyyatına investisiyalar cəlb edilməsi ilə bağlı aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər