6 C
Baku
Sunday, December 15, 2024

Diebold gələcəyin bankomatını təqdim etdi

Bankomat istehsalına görə aparıcı şirkətlərdən olan Diebold yeni nəsil bankomatların təqdimatını keçirib. Qeyd olunan bankomatlar, əvvəlki nəsil bankomatların bir neçə mənfi cəhətini birdən həll edir – bu əsasən az yer tutması . köçürmələrin müddətinin 10 saniyəyə qədər azaldılması və eləcədə bankomat vasitəsi ilə xidmətlərdən daha çox faydalanmaq imkanı yaradırki əvvəlki nəsil bankomatlar dövründə bu funksiyaları yalnız bank vasitəsi ilə həyata keçirmək mümkün idi.

Bankomatlar Las-Vegas-da keçirilən  Money 20/20 tədbirində təqdim olunub. İrving adlı bankomatın şəklindən göründüyü kimi ekranı yoxdur. Bu bankomat demək olarkı bütün əməliyyatları istifadəçinin telefonu ilə sinxronizasiya olunmuş şəraitdə həyata keçirir. Bu bankomatlar hazırda Citi Bankda test dövründərlər.

Diebold, Incorporated's screenless self-service Irving concept (PRNewsFoto/Diebold, Incorporated)

Aşağıdakı bankomat isə Janus markasıdır (Diebold şirkətinin məhsulu). Qeyd olunan bankomat eyni anda 2 müştəriyə birdən xidmət göstərə bilir. Bu bankomatdada kart qəbul etmək üçün yer yoxdur –sistem tam olaraq müştərinin smartphonu vasitəsi avtorizasiya olunur. Bu bankomatda aşağıdakı bank funksiyalarıda vardır:

  • Sensor ekran sənədləri imzalamaq imkanı yaradır
  • Yeni hesab açmaq üçün şəxsiyyət vəsiqəsinin kopyasını götürmək
  • Eləcədə müştəri çətin əməliyyatlı həyata keçirtməkdə çətinlik çəkdikdə kassir ilə video görüntü yaradıb kömək ala bilər.

21-458x610

Son xəbərlər
Digər xəbərlər