2 C
Baku
Saturday, December 14, 2024

Kapital Bank “Toyota” və “Volkswagen” alana kredit verir

Şəxsi avtomobil sahibi olmaq hər kəsin arzusudur. Arzularınızın çin olması üçün Kapital Bank əla fürsət yaradıb. Kapital Bank “Toyota” və “Volkswagen” markalı minik avtomobillərinin Azərbaycandakı rəsmi dilerləri ilə birgə əməkdaşlığı çərçivəsində həmin markalı avtomobillər üçün sərfəli şərtlərlə kreditlər təklif edir. Əldə edilən avtomobilin dəyərinin 40-50 faizi həcmində ilkin ödəniş etməklə, Kapital Bankdan 12 aydan 36 ay müddətinədək  kredit almaq mümkündür. Kreditin illik faiz dərəcəsi ABŞ dolları ilə 13%, Azərbaycan manatı ilə 16-17% təşkil edir. Sözügedən kreditlər Kapital Bankın 1 saylı Xətai və Rabitə filiallarında rəsmiləşdirilir.

Gələcəkdə Kapital Bank bir sıra avtomobil istehsalçılarının ölkəmizdəki rəsmi dilerləri ilə əməkdaşlığını genişləndirməklə, avtomobil həvəskarları üçün digər markalı avtomobilləri də kreditlə əldə etmək imkanı yaradacaq.

Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”  brendi nəhəng 500 şirkət arasında ilk onluqda yer alır. 1937-ci ildə yaradılan Toyota şirkətinin Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzidir. Modellərinin keyfiyyət, möhkəmlik və etibarlılıq xüsusiyyətləri ilə fərqlənən “Toyota” avtomobilləri  bütün dünyada müştərilərin rəğbətini qazanmış brendə çevrilib. “Volkswagen”-in yaranma tarixi də 1937-ci ilə təsadüf edir. Şirkətin baş ofisi Almaniyanın Volfsburq şəhərində yerləşir. Alman dilində “xalq avtomobili” mənasını daşıyan “Volkswagen” markası eyniadlı konsernin ən çox satılan nəqliyyat vasitəsidir. Ötən il “Volkswagen” konserni  10 milyona yaxın avtomobil istehsal etməklə, dünya bazarında avtomobilə olan tələbatın 11.6 %-ni qarşılayıb. “Volkswagen” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Euro Style LTD” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər