21 C
Baku
Thursday, October 17, 2024

7 ayda Azərbaycandan ən çox neft alan ölkələr – SİYAHI

2023-cü ilin yanvar-iyul ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 6 mln. 45 min ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı İsrail olub. Belə ki, 7 ayda İsrail 1 mln 354 min ton Azərbaycan nefti alıb.

Hindistan və İspaniya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-iyulda Hindistan 1 mln 122 min ton, İspaniya isə 1 mln 24 min ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Türkiyə 1 mln 44 min ton, Çexiya 906 430 ton, Almaniya 662 322 ton, İrlandiya 630 056 ton, Xorvatiya 538 321 ton, Yunanıstan 474 980 ton.

kk

Son xəbərlər
Digər xəbərlər