19 sentyabr 2023-cü ildən etibarən “Azercell Telekom” MMC-nin fakturasız xətt sistemində abunəçilərə təqdim edilən “GəncOL2” tarif paketinin adı dəyişdirilərək “GəncOL Həftəlik” adlandırılacaq.
Banker.az bu barədə şirkətə istinadən xəbər verir.
Həftəlik abunə haqqı 2.90 AZN müəyyən ediləcək.
Qeyd edək ki, “GəncOL2” tarif paketinin qiyməti hazırda 2 AZN-dir. Paketə 750 MB internet daxildir və tarifdaxili dəqiqələrin sayı isə 75 dəqiqədir.