Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirinin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.
Qeyd edik ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.