14 C
Baku
Sunday, November 24, 2024

Qazaxıstan 2024-cü ildə Almaniyaya 1.2 mln. ton neft ixrac etməyi planlaşdırır

Qazaxıstanın “Karachaganak Petroleum Operating” konsorsiumu 2024-cü ildə “Drujba” neft kəməri ilə Almaniyaya 1.2 milyon ton neft ixrac etməyi planlaşdırır. Bu barədə “KazTransOil” şirkətinin baş direktorunun müavini Əmirjan Ospanov məlumat verib.

Qaraçaqanak yatağından hasil edilən Qazaxıstan nefti Rusiyanın “Drujba” neft kəmərinə daxil olur və Almaniyanın “Schwedt” zavoduna çatdırılır.

Qazaxıstan bu il fevralın sonunda Polşadakı “Adamova Zastava” tədarük məntəqəsinə neft tədarük etməyə başlayıb. İyun ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikanın” Drujba” kəməri ilə Almaniyaya neft tədarükünü ildə 1.2 milyon tona çatdırmaq imkanının olduğunu bildirmişdi. İyulun əvvəlinə Qazaxıstan Almaniyaya 290 min ton neft nəql edib.

Son xəbərlər
Digər xəbərlər