9 C
Baku
Tuesday, December 24, 2024

Fərdi qaydada taksi fəaliyyətinə dair yeni qayda müəyyənləşib

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək və bunların hər biri 7 il müddətinə veriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunda əksini tapıb.

Beləliklə, buraxılış kartı avtomobilə, buraxılış vəsiqəsi isə şəxsin özünə veriləcək. Hər iki sənədi alandan sonra artıq şəxs taksi sürücüsü iki cür fəaliyyət göstərə biləcək. Birincisi, özü fəaliyyət göstərə biləcək, ikincisi, hansısa şirkətlərin proqram təminatından istifadə edəcək. Başqa sözlə, taksi fəaliyyəti göstərmək istəyən şəxs indiki halda “Bolt”, “Uber”, “189” və s. digər taksi şirkətlərinin xidmətlərin proqram təminatından istifadə edə biləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər