Böyük Britaniyada 30-dan çox mutasiya ilə xarakterizə olunan BA.2.86 koronavirus variantı aşkarlanıb.
Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
“UKHSA vəziyyəti qiymətləndirir və inkişaf etdikcə əlavə məlumat verəcək”, – agentliyin rəhbərinin müavini Mira Çand bildirib.
“The Guardian” qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-da qeydə alınıb.
Hazırda dünyada yayılan ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.
Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.