8 C
Baku
Wednesday, December 25, 2024

Macarıstan Rusiya qazını “Türk axını” ilə tədarükünü təklif edib

Macarıstana Rusiya qazının Ukrayna üzərindən tranziti 2024-cü ildən sonra dayanarsa, nəql “Türk axını” vasitəsilə aparıla bilər.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Nazirin sözlərinə görə, Macarıstana ötürücülük qabiliyyəti 8,5 milyard kubmetr olan “Türk axını” qaz kəmərinin olması çox vacibdir.

Siyarto qeyd edib ki, bu, uzunmüddətli müqavilə çərçivəsində Rusiyadan Macarıstana gələn qazın bütün həcmini tam əhatə edə bilər.

Son xəbərlər
Digər xəbərlər