22 avqust 2023-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Socar 500” və “Socar 1500” danışıq paketləri ləğv ediləcək.
Banker.az xəbər verir ki, bu barədə telekommunikasiya şirkətinin elanında bildirilib.
Göstərilən tarixədək paketlərə qoşulan abunəçilər müvafiq istifadə müddəti bitənədək paketlərdən istifadəyə davam edə biləcəklər.