Rusiya silahlı qüvvələri bir həftə ərzində Xarkov vilayətində daha 5 kəndi nəzarətə götürüb.
Bu barədə Moskva tərəfindən təyin edilmiş bölgənin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev Solovyov bildirib.
Onun sözlərinə görə, hazırda Xarkov yaxınlığındakı 33 yaşayış məntəqəsi Rusiya ordusunun nəzarəti altındadır. O qeyd edib ki, hərbçilər Kupyanskın kənarındadırlar.