14 C
Baku
Sunday, November 24, 2024

“Tesla”nı geridə qoydu: Ən sürətli elektromobilin adı açıqlandı

Xorvatiyanın avtomobil istehsalçısı “Rimac Automobili” elektromobil sinfində yeni rekorda imza atıb.

Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“Rimac Nevera” hiperkarının sükanı arxasında əyləşən xorvatiyalı yarışçı Martin Kodriç 20 kilometrlik Nürburqrinq trasını 7 dəqiqə 5,3 saniyəyə dövrə vurub.

Bu ilin əvvəlindən dövrə rekordu “Tesla Model S Plaid”ə məxsus olub (7 dəqiqə 25,2 saniyə).

 

Qeyd edək ki, 2022-ci ildə “Rimac Nevera” hiperkarı 412 km/saat sürətlə elektrik avtomobilləri arasında dünya rekordu qırmışdı. “Nevera” dörd elektrik mühərrikindən ibarət elektrik stansiyası ilə təchiz edilib. Onun ümumi gücü 1 914 at gücünə bərabərdir. Hiperkar yerindən birinci “yüzlüyə” 1,97 saniyəyə, 300 km/saat sürətə isə 9,3 saniyəyə çatır.

 

 

Son xəbərlər
Digər xəbərlər