Amerika şirkəti olan Visa Inc. avropa ödəniş sistemi olan Visa Europe şirkətini 22 mlrd. dollara almaq haqqında danışıqlar aparır.
” Hazırda danışıqların nəticəsi haqqında bir söz demək çətindir. Hər hansı bir razılaşma əldə edilməyib. Visa Europe hələki biznesin inkişafına köklənib” – dəyərək Visa Europe-nin rəsmisi bildirmişdir.
Qeyd edək ki, Visa İnc. bu razılaşmanı uğurla başa vursa, o artıq Avropa bazarı üzərində inkişafını daha sürətlə aparmaq imkanı əldə edəcəkdir. Danışıqlar oktyabr ayının sonunda bitməlidir və nəticənin nə olması haqqında 2 Noyabr tarixində şirkətin rüblük hesabatlarından artıq görmək olacaqdır.