13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstandakı McDonald’s restoranlarına işçilərin adı verilib

Qazaxıstandakı keçmiş McDonald’s restoranlarının adı işçilərin şərəfinə dəyişdirilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, şirkət işlərinə görə işçilərə təşəkkür kampaniyası keçirib. Avqustun 16-da müəssisələrin adı “Biz açığıq” əvəzinə işçilərin adlarına dəyişdirilib: “Men Araymın”, “Men Arujanmın”, “Men Daniyarmın”, “Men Yuliamın” və s.

“Biz həqiqətən buna layiq olanlara diqqət ayırmaq istəyirik! Bu, fərqli adlar, fərqli baxışlar, fərqli həyatlar, lakin yeməyə birləşmiş sevgi ilə bağlı komandamızın sayəsindədir”, – mesajda deyilir.

Qeyd edək ki, restoranlar şəbəksində Qazaxıstan üzrə 1.7 mindən çox işçi çalışır. Mərkəzi ofisin 40%-dən çoxu öz karyerasına şəbəkənin restoranlarında başlayıb. Yanvar ayında McDonald’s “təchizat məhdudiyyətləri” səbəbindən Qazaxıstanı tərk etmək qərarına gəlib. Şəbəkə artıq altı ildir ki, ölkədə fəaliyyət göstərir. Yanvarın sonlarında Qazaxıstandakı keçmiş McDonald’s restoranları adsız yenidən açılıb.

Son xəbərlər
Digər xəbərlər