Azərbaycanda fəaliyyətdə olan Norveç kapitallı bank olmayan kredit təşkilatı “Viator Mikrokredit Azərbaycan” MMC 2023-cü ilin yanvar-iyun aylarını 87 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinad edir.
Bu ilin 6 ayında BOKT-un faiz gəlirləri 1 milyon 44 min manat, qeyri-faiz gəlirləri 5 min manat, faiz xərcləri 128 min manat, qeyri-faiz xərcləri 813 min manat təşkil edib.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 9 milyon 997 min manat, cəmi öhdəlikləri 2 milyon 913 min manat, cəmi kapitalı isə 7 milyon 84 min manat olub.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.