Fransada temperatur 2050-ci ilə qədər 50 dərəcəyə çata bilər.
Bunu Fransa Elmi Tədqiqatlar və İnkişaf İnstitutunun iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimyo bildirib.
Vimyonun fikrincə, yay mövsümü uzanacaq və iyun-sentyabr aylarında istilik dalğaları daha intensiv və uzun olacaq.
Ekspertin fikrincə, 2040-cı ilə qədər ölkənin cənub-şərqində yerləşən Lionda temperaturun anomal yüksək olduğu günlərin sayı 35-ə çatacaq, halbuki ötən əsrin sonunda bu rəqəm 10-u keçmirdi: 2050-ci ilə qədər istixana qazı emissiyaları azalmasa, yayda belə istilərin adi hala çevriləcək.