2023-cü ilin iyul ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 22 427 vahid və ya 1.16% artaraq 1.95 milyon vahid təşkil edib.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 2 947, fiziki şəxslər üzrə 15 887, torpaq mülkiyyətçiləri üzrə isə 3 593 vahid artıb.