13 C
Baku
Friday, November 22, 2024

Daha bir ölkədə koronavirusun yeni variantına yoluxma aşkarlanıb

Misirdə koronavirusun yeni variantı “eris” müəyyən edilib.

Ölkənin Səhiyyə Nazirliyi iki yoluxma halının qeydə alındığını bildirib.

“Qripə bənzər xəstəliklər, kəskin respirator infeksiyalar və pnevmoniyanı izləyən mərkəzlərin test nəticələri COVID-19 EG-5.2 variantının iki müsbət halını təsdiqləyir”, – nazirlik bildirib.

Xəstələrin yaşı açıqlanmır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər