“Turkcell” kibertəhlükəsizlik sahəsində innovativ məhsul və xidmətlərin ixracına dair mühüm beynəlxalq müqavilə imzalayıb.
“Quantum Cyber Technology” ilə imzalanan bu müqavilə ilə “Turkcell” Azərbaycanda maliyyə sektoru başda olmaqla müxtəlif qurum və şirkətlərə kiberyetkinlik təhlili, kiberhücumların monitorinqi-qarşısının alınması, kibertəhlükə kəşfiyyatı, şəxsiyyətin əldə edilməsinin idarə edilməsi və zəifliklərin idarə edilməsi kimi texnoloji xidmətlər təqdim edəcək.
Müqavilə çərçivəsində “Turkcell”in kibertəhlükəsizlik sahəsində məhsul və xidmətləri “Quantum Cyber Technology” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına açılacaq. Azərbaycan Françayzinq Assosiasiyası (AFA) da bu prosesdə koordinasiya dəstəyi verəcək.