Azərbaycanın “Agrarco” şirkəti və Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi arasında fındıq yetişdirilməsi haqqında memorandum imzalanıb.
Danışıqlar zamanı tərəflər Özbəkistanda fındıq yetişdirilməsi və emalı mövzusuna toxunublar.
“Həmçinin fındıq yetişdirilməsi sahəsində təlim keçmək üçün ekspertlərin Azərbaycana göndərilməsi və təcrübə mübadiləsinin aparılması perspektivləri müzakirə olunub. Görüşün məqsədi fındığın yetişdirilməsi, emalı və bağçılığın inkişafı təcrübəsi ilə tanışlıqla bağlı olub”, – deyə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bundan başqa, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin təşviqi və inkişafı məsələləri də müzakirə olunub.