12 C
Baku
Saturday, November 23, 2024

“PAŞA Həyat Sığorta” səhmdarlarına 31 milyon manat dividend ödəyib

2022-ci ildə “PAŞA Həyat Sığorta” ASC səhmdarlarına 30.8 milyon manat dividend ödəyib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Məlumata görə, “PAŞA Həyat Sığorta” ASC 2022-ci ilin maliyyə nəticələrinə əsasən hesablanmış mənfəətdən təsisçiyə vergilər daxil 30 756 524 AZN məbləğində dividend ayrılıb.

“PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir. Səhmlərinin 100%-i “PASHA Holding” MMC-yə aiddir.

Son xəbərlər
Digər xəbərlər