ABŞ-da kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 6,1 milyon barel azalaraq avqustun 18-nə 433,5 milyon barel təşkil edib.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd edilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2% aşağıdır.