Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Efiopiya BRICS-ə qoşulacaq

12:47

Daha 6 dövlət BRICS-ə üzv olacaq.

Bu barədə Yohannesburqda keçirilən 15-ci BRICS sammitinin yekunlarına dair çıxış edən CAR Prezidenti Cyril Ramafoza bildirib.

 

Yeni üzvlər arasında Argentina, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Efiopiya və Misir var.

“Üzvlük 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək”, – deyə CAR Prezidenti Ramafoza bildirib.

***

09:08

Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ təşkilatın Cənubi Afrikadakı sammitindən sonra BRICS-ə qoşulacaq. Məlumatına görə, ölkələr coğrafi əsasda seçilib. Gələcəkdə Afrika ölkəsi də BRICS-ə daxil ola bilər.

Qeyd edək ki, BRICS beş dövlətdən ibarətdir: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika. Cənubi Afrikanın BRICS-dəki nümayəndəsi Anıl Suklal 19 ölkənin qrupa qoşulmaq istədiyini bildirib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Misir və Boliviya BRICS-ə üzv olmaq üçün iyunda, Venesuela isə avqustda müraciət edib. Argentina da maraqlananlar arasında olub. “Bloomberg” Hindistan və Braziliyanın təşkilatın genişlənməsinə qarşı çıxdığını yazıb.

Avqustun 23-də Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor BRICS ölkələrinin Yohannesburqda keçirilən sammitdə onun genişləndirilməsinin parametrlərini təsvir edən sənəd qəbul etdiklərini açıqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər