İş adamı İlon Mask “Vaqner” qrupunun rəhbəri Evqeni Priqojinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
“Gözlədiyimdən gec. Bunun psixoloji əməliyyat olma ehtimalı azdır”, – deyə milyarder sosial şəbəkədə yazıb. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu xəbərə təəccüblənmədiyini deyib.
Avqustun 23-ü axşam saatlarında Priqojinə məxsus “Embraer Legacy” biznes-ceti Moskvadan Sankt-Peterburqa uçub. O, Tver vilayətinin şimal-qərbindəki Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə üç ekipaj üzvü olmaqla on nəfər olub. Faktla bağlı 236-cı maddə ilə yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb.