“WTI” markalı neftin fyuçersləri 23 avqust çərşənbə günü 1.8% ucuzlaşdıqdan sonra bir barel üçün 79 dollardan aşağı satılıb. İyunun sonundan davam edən bahalaşmadan sonra artıq dördüncü gündür ki, qiymət enir.
“Bloomberg”in qeyd etdiyi kimi, Çində iqtisadi vəziyyətin pisləşməsi və ABŞ-ın faiz dərəcələrinin uzun müddət yüksək qalacağına işarələr fonunda qiymətlərdə azlma müşahidə olunur. Bu, Səudiyyə Ərəbistanı və Rusiyadan tədarükün azalmasını kompensasiya edib. Bundan əlavə, Venesuelaya qarşı sanksiyaların mümkün ləğvi və İrandan ixracın kəskin artması gözləntiləri fonunda neft ixracı üzrə proqnozlar yaxşılaşıb.
Rusiya avqustda dəniz neft ixracında elan edilmiş azalmanı yerinə yetirib və bu, hazırda sutkada 2.94 milyon barel səviyyəsində qiymətləndirilir. İxrac bu səviyyədən yalnız keçən ilin dekabrında, Aİ və G7-nin Rusiya neftinə qiymət tavanı tətbiq etdiyi zaman aşağı düşüb.