Cari il iyulun 1-i vəziyyətinə iqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1693.9 min nəfər çalışır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3621.8 manat, qeyri neft-qaz sektorunda 870.3 manat təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında neft-qaz sektoruna 3237.1 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 5877.8 milyon manatlıq
vəsaitin 453.8 milyon manatı (ümumi sərmayənin 5 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.