Rəsmi Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bunu ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Müstəqillik Günü münasibətilə bəyanatında bildirib.
O qeyd edib ki, siyahıda minlərlə ukraynalı uşağı zorla Rusiyaya aparanların da adları var.
Sanksiyaya məruz qalan şəxslərin adlarının siyahısı hələ açıqlanmayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 29-da ukraynalı uşaqların Rusiyaya aparılmadığını, onların sadəcə döyüş meydanından çıxarıldığını iddi edib.